Epilepsiya

Epilepsiya
Epilepsiya bütün yaş qruplarından olan insanların məruz qaldığı beyinin qeyri infeksion xroniki xəstəliyidir.
• Dünyada 50 milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Qlobal miqyasda ən çox yayılmış nevroloji xəstəliklərdəndir.
Epilepsiyadan əziyyət çəkən insanların 80%-i əhalinin gəliri orta və aşağı səviyyədə olan ölkələrdə yaşayır.
• Hesablamalara görə epilepsiyalı insanların 70%-ə qədəri müvafiq diaqnostika və müalicə şərtləri tətbiq olunarsa tutmalarsız yaşaya bilər.
• Vaxtsız ölüm riski epilepsiyalı xəstələrdə populyasiyaya olan orta göstəricilərdən 3 (üç) dəfə artıqdır.
• Dünyanın bir çox ölkələrində epilepsiyalı insanlar və onların ailələri cəmiyyət tərəfindən ayrı seçkiliyə məruz qalırlar.
Xəstəlik üçün təkrarlanan tutmalar səciyyəvidir. Bu tutmalar bədənin müxtəlif yerlərində (fokal tutmalar) və ya bütün bədəndə (generalizə tutmalar) qısa müddətli qeyri iradi qıcolmalarla təzahür olunur və huşun itməsi, bağırsaq və sidik kisəsinin funksiyalarına kontrolun itirilməsi ilə müşaiyət olunur.
Tutmalar beyinin bir qrup hüceyrələrində artmış elektrik boşalmalarının nəticəsidir. Belə boşalmalar beyinin müxtəlif bölgələrində yarana bilər. Tutmalar qısa müddətli yaddaşın itirilməsindən və əzələlə spazmlarından tutmuş uzun sürəli konvulsiyalar kimi müxtəlif formalarda ola bilər. Tutmalar həmçinin tezliyinə görə də fərqlənir – gündə bir-neçə dəfə və ya ildə bir dəfədən də az ola bilir.
Yeganə bir tutma hələ epilepsiya demək deyildir (dünyada yaşayan insanların 10%-nın həyatında heç olmasa bir dəfə də olsa tutma olmuşdur). Epilepsiya termini iki və ya daha çox tutmanın olduğu halda tətbiq edilir.


TELEFON:

(+99455)204-79-69


ÜNVAN:

Ömür klinikası.Molla Cümə küçəsi ilə Əhməd Rəcəbli kuçəsinin kəsişməsi.



Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/dlhrtlap/public_html/wp-includes/functions.php on line 3730

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/dlhrtlap/public_html/wp-includes/functions.php on line 3730