Qiymətləndirmələrə görə 25% hallarda epilepsiyanın yaranmasının qarşısını almaq olar.
•Baş travmasının qarşısının alınması postravmatik epilepsiyanın profilaktikasının ən effektiv üsuludur.
•Düzgün təşkil olunmuş perinatal yardım doğuş travması ilə şərtlənmiş yeni epilepsiya hallarnın sayının azalmasına xidmət edir.
•Qızdırması olan uşaqlarda hərarətin salinmasına görə aparılan tədbirlər və dərman vasitələri febril qıcolmaların ehtimalını azaldır.
•Mərkəzi sinir sisteminin infeksiyaları epilepsiyanın çox rast gəlinən səbəblərindən olduğu üçün infeksion və parazitar xəstəliklərin profilaktikası epilepsiya hallarının qarşısının alınmasına xidmət edir.