50 milliondan çox insanın əziyyət çəkdiyi epilepsiya qlobal xəstəliklər siyahısının böyük bir payıdır. Hesablamalara görə aktiv epilepsiyasıolan insanların (yəni tutmaları və müalicəyə tələbatı olan) ümumi payı ümumi əhalinin 4-dən 10 qədərini təşkil edir.
Hesablamalara görə qlobal miqyasda epilepsiya diaqnozu ildə beş milyon insana qoyulur. Yüksək gəlir səviyyəsi olan ölkələrdə 100 000 əhali içərisində hər il 49 nəfərdə xəstəlik qeydiyyata alınır. Aşağı gəlir səviyyəsi olan ölkələrdə isə bu rəqəm iki dəfədən çox olub 100 000 əhalidə 139-a çata bilər.
Orta və aşağı gəliri olan ölkələrdə xəstəliyin daha yüksək göstəricilərinin olması böyük ehtimalla endemik xəstəliklərin yayılması, yol-qəza travmatizmi göstəricilərinin yüksək olması, doğuş travmaları, tibb infrastrukturu, tibbi yardım səviyyəsi və profilaktika proqramlarında olan fərqlə şərtlənmişdir.