EPİLEPSİYANIN MÜALİCƏSİ

Epilepsiyanin müalicesi
Epilepsiya hökm deyil. Epilepsiyanın bir çox formaları müalicəyə tabe olur və epilepsiya tutmalarını profilaktika etmək mümkündür. Epilepsiyadan əziyyət çəkən insanların 70%-ə qədəri epilepsiya əleyhinə dərman vasitələri ilə doğru müalicə aldıqda tutmalarsız yaşaya bilər. Epilepsiyası olan pasiyentdə 2 il ərzində tutmalar olmadığı təqdirdə fərdi qaydada kliniki, sosial və fərdi əks göstərişlər olmadığı halda müalicənin dayandırılması haqda məsələyə həkimlə birlikdə baxıla bilər. Tutmaların yenidən yaranması ehtimalının iki ən vacib proqnozçusu tutmanın etiolojiyasının və elektroensefaloqrammada (EEG) patoloji dəyişikliklərin aşkar olunmasıdır.
Profilaktika
Qiymətləndirmələrə görə 25% hallarda epilepsiyanın yaranmasının qarşısını almaq olar.
•Baş travmasının qarşısının alınması postravmatik epilepsiyanın profilaktikasının ən effektiv üsuludur.
•Düzgün təşkil olunmuş perinatal yardım doğuş travması ilə şərtlənmiş yeni epilepsiya hallarnın sayının azalmasına xidmət edir.
•Qızdırması olan uşaqlarda hərarətin salinmasına görə aparılan tədbirlər və dərman vasitələri febril qıcolmaların ehtimalını azaldır.
•Mərkəzi sinir sisteminin infeksiyaları epilepsiyanın çox rast gəlinən səbəblərindən olduğu üçün infeksion və parazitar xəstəliklərin profilaktikası epilepsiya hallarının qarşısının alınmasına xidmət edir.


TELEFON:

(+99455)204-79-69


ÜNVAN:

Ömür klinikası.Molla Cümə küçəsi ilə Əhməd Rəcəbli kuçəsinin kəsişməsi.



Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/dlhrtlap/public_html/wp-includes/functions.php on line 3730

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/dlhrtlap/public_html/wp-includes/functions.php on line 3730